Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 7 %-dən çox azalıb

Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 7 %-dən çox azalıb Bu ilin sentyabr ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 16,147 milyon barel neft nəql edilib
Energetika
20 Oktyabr , 2021 10:21
Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 7 %-dən çox azalıb

Bu ilin sentyabr ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 16,147 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 530 min barel və yaxud 3,4 % çoxdur.

Bu ilin yanvar-sentyabr ayları ərzində BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 148,199 milyon barel neft nəql edilib. Bu, 2020-ci ilin 9 aylıq göstəriciləri ilə müqayisədə 11,943 milyon barel və yaxud 7,46 % azdır.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Son xəbərlər

Orphus sistemi