Türkiyə Kipr yaxınlığında karbohidrogen axtarışlarını davam etdirir

Türkiyə Kipr yaxınlığında karbohidrogen axtarışlarını davam etdirir Türkiyə hökuməti Kipr adası yaxınlıqlarında karbohidrogen axtarışları üçün “Oruc Reis” seysmik tədqiqat gəmisinin göndərilməsinə dair Navtex (dənizçilərə bildiriş) elan edib.
Energetika
10 Avqust , 2020 13:05
Türkiyə Kipr yaxınlığında karbohidrogen axtarışlarını davam etdirir

Türkiyə hökuməti Kipr adası yaxınlığında karbohidrogen axtarışları üçün “Oruc Reis” seysmik tədqiqat gəmisinin göndərilməsinə dair Navtex (dənizçilərə bildiriş) elan edib.

“Report” NTV-yə istinadən xəbər verir ki, ölkənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz gəminin Antalya limanından yola çıxaraq tədqiqatlar aparılacaq əraziyə çatdığını bildirib.

Beləliklə, şelf ölçmə və yataq kəşfiyyatı başda olmaqla hər cür geoloji, geofizik, hidroqrafik, okeanoqrafik tədqiqatlar apara bilən “Oruc reis” gəmisi “Ataman” və “Cengiz Han” gəmiləri ilə birlikdə avqustun 23-dən Kipr adası yaxınlığında tədqiqat və kəşfiyyatla məşğul olacaq.

“Oruc Reis” gəmisinin 8 min metr dərinliyinədək 3 ölçülü, 15 min metr dərinliyinədək də 2 ölçülü seysmik əməliyyatlar aparmaq iqtidarında olduğu bildirilir.

Xatırladaq ki, avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan “Barbaros Hayrettin” qazma gəmisilə Aralıq dənizdə kəşfiyyat qazma işlərinə başladıqlarını açıqlamışdı.

“Oruc Reis” gəmisinin 21 iyul – 2 avqust tarixləri arasında Yunanıstana aid Rodos, Kastelorizo, Krit adaları yaxınlığında seysmik tədqiqatlarını aparması iki ölkə arasında gərginliyə səbəb olmuş, Yunanıstan tərəfi Türkiyənin bu addımını qanunsuz olaraq dəyərləndirərək hərbi gəmilərini hazır vəziyyətə gətirmişdi.

Son xəbərlər

Orphus sistemi