Türkiyə Qara dənizdə qaz hasilatı üçün 2200 metr dərinlikdə energetika bazası tikəcək.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Ankara qaz hasilatı və nəqli layihəsinə, təxminən, 10 milyard dollar investisiya qoyur.
“Sabah” nəşrinin məlumatına əsasən, “Sakarya” yatağından Filos dəniz limanına qədər uzanacaq qaz kəmərinin 540 milyard kubmetr “mavi yanacağ”ın çıxarılmasına və nəqlinə imkan verəcəyi güman edilir. İlkin tədarüklərin gələn il həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Türkiyədə 2023-cü ilin birinci rübündə gündəlik təbii qaz hasilatının 10 milyon kubmetr olacağı gözlənilir.