​​​​​​​Türkiyə və Rusiya liderləri "Akkuyu" AES-in 3-cü reaktorunun təməlini qoyacaq

​​​​​​​Türkiyə və Rusiya liderləri "Akkuyu" AES-in 3-cü reaktorunun təməlini qoyacaq Bu barədə Türkiyənin enerji və təbii qaynaqlar naziri Fatih Dönmez məlumat verib
Energetika
1 Mart , 2021 16:11
​​​​​​​Türkiyə və Rusiya liderləri Akkuyu AES-in 3-cü reaktorunun təməlini qoyacaq

Martın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Türkiyənin Mersin vilayətində inşa olunan "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) 3-cü reaktorunun təməlqoyma mərasimində iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında Türkiyənin enerji və təbii qaynaqlar naziri Fatih Dönmez məlumat verib.

Onun sözlərinə görə, tədbir videokonfrans formatında baş tutacaq.

Xatırladaq ki, Rusiya və Türkiyə arasında "Akkuyu" AES-in inşasına dair müqavilə 2010-cu ildə imzalanıb, 2 il əvvəl isə iki ölkənin lideri onlayn formatda stansiyanın ilk reaktorunun təməlini qoyub. Ümumi gücü 4,8 min meqavat olacaq 4 reaktordan ibarət stansiyanın ilk blokunun 2023-cü ildə, Türkiyə Cümhuryyətinin 100 illik yubilieyində istismara verilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi