Türkiyəli nazir: “Ölkəmizdə bütün yataqların işlənməsini həyata keçirmək niyyətindəyik”

Türkiyəli nazir: “Ölkəmizdə bütün yataqların işlənməsini həyata keçirmək niyyətindəyik” “Türkiyə öz ərazisində yerləşən bütün yataqların, o cümlədən dəniz zonalarındakı yataqların kəşfiyyat və işlənməsini həyata keçirmək niyyətindədir”.
Energetika
11 Avqust , 2022 12:18
Türkiyəli nazir: “Ölkəmizdə bütün yataqların işlənməsini həyata keçirmək niyyətindəyik”
Fatih Dönmez

“Türkiyə öz ərazisində yerləşən bütün yataqların, o cümlədən dəniz zonalarındakı yataqların kəşfiyyat və işlənməsini həyata keçirmək niyyətindədir”.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

O, yaxın günlərdə “Abdülhamid Han” qazma gəmisinin suya buraxıldığı Şərqi Aralıq dənizi bölgəsində 45-60 gün ərzində qazma işlərinin aparılacağını və hər hansı ehtiyat aşkarlanarsa, bu barədə ictimaiyyətin məlumatlandırılacağını deyib.

F.Dönməz Türkiyənin Qara dəniz sektorunda yerləşən “Sakarya” yatağı haqqında danışarkən 2023-cü ilin mart ayında bu yataqdan ilk qazın sahilə çatdırılacağını vurğulayıb: “Dənizin dibi ilə 120 km-lik boru xətti çəkilib, daha 50 km-lik xəttin çəkilişi həyata keçiriləcək”.

Son xəbərlər

Orphus sistemi