Ötən ilin dekabr ayında Türkiyənin enerji idxalı üçün çəkdiyi xərc 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artaraq 7 milyard 173,7 milyon ABŞ dollara çatıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı və Ticarət Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, dekabrda Türkiyənin ümumi idxalı 29,9 % artaraq 29,07 milyard ABŞ dollarına yüksəlib.
Hesabat dövründə sənaye istehsalının artması, iqtisadi fəaliyyətlərin canlanması və qlobal bazarlarda enerji qiymətlərinin artması Türkiyənin idxalını artırıb.
Bundan başqa, dekabr ayında Türkiyənin xam neft idxalı illik müqayisədə 45,9 % artaraq 2,980 milyon tona çatıb.