Dünya bazarında neftin qiyməti korreksiya çərçivəsində azalıb.
“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 08:57-də 0,54 faiz azalaraq 67,68 ABŞ dolları səviyyəsində qərarlaşıb. Bu neft markasının iyun fyuçersləri isə 0,51 faiz ucuzlaşaraq 68,21 dollara təklif olunub.
Bu arada “WTI” neftinin də iyun fyuçerləri 0,68 faiz ucuzlaşaraq bir bareli 64,57 ABŞ dollarına satılıb.
Əvvəlki üç gün ərzində neftin qiymətində artım olub. Belə ki, qiymətlər orta hesabla 3,5-4,5 faiz qalxıb. Pandemiyanın neft bazarı üçün qeyri-müəyyənlik yaratmasına baxmayaraq, tələbatın artımı ilə bağlı gözləntilər neftin bahalaşmasını dəstəkləyib.
Xatırladaq ki, “OPEC+” nazirlərinin monitorinq komitəsi aprelin 27-də baş tutmuş iclasdan sonra iştirakçı ölkələrə hasilatın ixtisarına dair sazişin mövcud şərtlərini may-iyul aylarında da dəyişilməz olaraq saxlamağı tövsiyə edib. Qeyd edək ki, sözügedən şərtlərə əsasən, neft təlabatı bərpa olunduqca ixtisar həcmləri də tədricən azalacaq.