“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üçün BMT-nin İnkişaf Proqramı Avropa İttifaqı (Aİ) ilə birlikdə böyük işlər görür”.
“Report” xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı müvəqqəti işlər vəkili Suxrob Xojimatov Bakı Enerji Forumunda deyib.
Onun sözlərinə görə, bununla bağlı artıq bir neçə təşəbbüs irəli sürülüb və ərazilərin minalardan təmizlənməsi əsas prioritetdir.
“Biz Azərbaycanın bu ərazilərin “yaşıl iqtisadiyyat” baxımından nümunə olması ideyasını alqışlayırıq. Bu məsələdə Azərbaycana dəstək olmaqdan məmnun olarıq”, - S.Xojimatov bildirib.
UNDP rəsmisi vurğulayıb ki, ümumilikdə, qurum Azərbaycanla müxtəlif sahələrdə, həmçinin özəl sektorda işləyir.