“Urals” neftinin orta qiyməti 1,4 dəfə azalıb

“Urals” neftinin orta qiyməti 1,4 dəfə azalıb Noyabrda “Urals” markalı neftin orta qiyməti 43,32 ABŞ dolları təşkil edib
Energetika
1 Dekabr , 2020 15:50
“Urals” neftinin orta qiyməti 1,4 dəfə azalıb

Noyabrda “Urals” markalı neftin orta qiyməti illik nisbətdə 1,4 dəfə azalaraq bir barel üçün 43,32 ABŞ dolları təşkil edib.

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Maliyyə Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, 2020-ci ilin yanvar-noyabr ayları ərzində “Urals” markalı neftin bir barelinin orta qiyməti 41,04 ABŞ dolları olub. 2019-cu ilin yanvar-noyabr aylarında isə bu qiymət bir barel üçün 63,51 ABŞ dolları təşkil edib.

Bu ilin noyabr ayında isə “Urals” markalı neftin bir barelinin orta qiyməti 43,32 ABŞ dolları olub ki, bu da 2019-cu ilin noyabr ayındakı 63,34 ABŞ dolları qiymətindən 1,4 dəfə azdır.

Maliyyə Nazirliyinin məlumatına görə, monitorinq müddətində “Urals” neftinin 15 oktyabrdan - 14 noyabra qədər olan müddət ərzində orta qiyməti bir barel üçün 40,42 ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi