Nazir: Azərbaycan Bolqarıstanın enerji sahəsində strateji tərəfdaşıdır

Nazir: Azərbaycan Bolqarıstanın enerji sahəsində strateji tərəfdaşıdır Bolqarıstan və Azərbaycan arasında ikitərəfli əməkdaşlıqda enerji sahəsi xüsusi yer tutur.
Energetika
1 İyul , 2024 11:58
Nazir: Azərbaycan Bolqarıstanın enerji sahəsində strateji tərəfdaşıdır

Bolqarıstan və Azərbaycan arasında ikitərəfli əməkdaşlıqda enerji sahəsi xüsusi yer tutur.

“Report” xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Vladimir Malinov Bakıda keçirilən Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 6-cı iclasında deyib.

“Azərbaycan Bolqarıstanın enerji sahəsində strateji tərəfdaşıdır. İki ölkənin energetika nazirlikləri arasında müntəzəm və konstruktiv dialoqu qeyd etmək istərdim. Bolqarıstan hökumətinin tədarük mənbələrinin və həcminin şaxələndirilməsi üzrə səylərini dəstəklədiyinə görə Azərbaycana səmimi təşəkkürümüzü bildiririk”, - o vurğulayıb.

Onun sözlərinə görə, Bolqarıstan Cənub Qaz Dəhlizinin potensialının artırılması üzərində işləməyə hazırdır.

Nazir Bolqarıstanın paytaxtı Sofiyada SOCAR-ın ofisinin açılmasının iki ölkə arasında enerji tərəfdaşlığının inkişafında mühüm rol oynadığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi