Xəzərdəki iki yataq üzrə ARDNF-yə ödəniləcək ödənişlərin həcmi açıqlanıb

Xəzərdəki iki yataq üzrə ARDNF-yə ödəniləcək ödənişlərin həcmi açıqlanıb Bu ödənişlər xarici sərmayəçilər tərəfindən “Şəfəq-Asiman” dəniz bloku və “Abşeron” sahəsi üzrə həyata keçiriləçək
Energetika
5 Yanvar , 2021 16:00
Xəzərdəki iki yataq üzrə ARDNF-yə ödəniləcək ödənişlərin həcmi açıqlanıb

2021-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcəsinə karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən ümumilikdə 2,439 milyon ABŞ dolları və ya 4 mln 146,3 min manat məbləğində akrhesabı ödənişlər həyata keçiriləcək.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun 2021-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

Məlumata görə, 2021-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda “Şəfəq-Asiman” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə əsasən 2,118 milyon ABŞ dolları məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulur.

Akrhesabı ödəniş “Şəfəq-Asiman” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “BP Exploration Azerbaijan Limited” və SOCAR-ın ortaq neft şirkəti arasında sazişin 28-ci maddəsinə əsasən ödənilməsi nəzərdə tutulur.

Bu maddəyə əsasən kəşfiyyat dövrü, habelə əlavə kəşfiyyat dövrü ərzində digər podratçı tərəflər kontrakt sahəsinin hər kvadrat kilometri üçün 2 000 ABŞ dolları məbləğində illik akrhesabı haqq ödəyirlər. Kontrakt sahəsinin ərazisi təxminən 1 059 kvadrat kilometrdir ki, akrhesabı ödənişin məbləği 2,118 milyon ABŞ dolları təşkil edir.

Eyni zamanda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişə əsasən 642 min ABŞ dolları məbləğində akrhesabı vəsaitin ödənilməsi nəzərdə tutulur. Kontrakt sahəsinin ərazisi təxminən 321 kvadrat kilometrdir kəşfiyyat dövrü üçün illik akhesabı ödənişi 642 min ABŞ dollardır.

Lakin əsas kəşfiyyat dövrünün 2021-ci ildə sona çatdığına görə və kəşfiyyat dövrünün başlanması 2017-ci ilin noyabr ayı olduğunu nəzərə alaraq, 2021-ci ildə edilən akrhesabı ödənişi - 321 min ABŞ dolları təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi