Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrə 4 mln 014 min 270,28 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ay ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ümumi dəyəri 1 mlrd 359 mln 732,80 min ABŞ dolları təşkil edib.
Azərbaycanın xam neft ixracında ilk yeri İtaliya tutub. Ötən ay ölkəmizdən bu ölkəyə ümumi dəyəri 719 mln 119,13 min ABŞ dolları olan 2 mln 151 min 121,59 ton xam neft ixrac edilib.
Xam neft ixracında ikinci sırada İspaniya qərarlaşıb. Yanvarda Azərbaycandan İspaniyaya ümumi dəyəri 137 mln 817,11 min ABŞ dolları olan 416 min 933,91 ton həcmində xam neft göndərilib.
İlk üçlükdə həmçinin Ukraynada yer alıb. İlin ilk ayında Ukrayna Azərbaycanda ümumi dəyəri 111 mln 480,59 min ABŞ dolları təşkil edən 339 mln 389,1 min ton həcmində xam neft tədarük edib.
Bu siyahıda dördüncü və beşinci yerləri Hindistan və Çin tuturlar. Belə ki, ötən ay Azərbaycandan Hindistana ümumi dəyəri 107 mln 694,11 min ABŞ dolları olan 297 min 197,55 ton xan neft ixrac edilib.
Ötən ay Çinə isə ölkəmizdən ümumi dəyəri 102 mln 592,36 min ABŞ dolları olan 277 min 516,67 ton həcmdə xam neft göndərilib.
Azərbaycanın xam neft ixracı siyahısında altıncı yeri Xorvatiya, yeddinci yeri İsrail, səkkizinci yeri isə Rumıniya tuturlar. Belə ki, ötən ay Azərbaycandan Xorvatiyaya ümumi dəyəri 61 mln 850,91 min ABŞ dolları olan 187 min 115,67 ton həcmdə, İsrailə ümumi dəyəri 31 mln 220,83 min ABŞ dolları olan 91 min 778,99 ton həcmdə, Rumıniyaya isə ümumi dəyəri 30 mln 555,63 min ABŞ dolları olan 84 min 633,08 ton həcmdə xam neft göndərilib.
Azərbaycanın xam neft ixracı ilə bağlı siyahının onluğunu Portuqaliya və Avstraliya qapayırlar. Belə ki, yanvar ayında Azərbaycan Portuqaliyaya 29 mln 630,22 min ABŞ dolları dəyərində 83 min 381,74 ton həcmdə, Avstraliyaya isə ümumi dəyəri 20 mln 884,24 min ABŞ dolları olan 54 min 975,82 ton həcmdə xam neft ixrac edilib.
Son iki yeri isə Tunis və Türkiyə tuturlar. Belə ki, yanvar ayında Azərbaycandan Tunisə 6 mln 786,9 min ABŞ dolları dəyərində 29 min 783,94 ton həcmdə, Türkiyəyə isə ümumi dəyəri 1 mln 00,77 min ABŞ dolları olan 442,22 ton həcmdə xam neft ixrac edilib.