Yanvarda Azərbaycan polipropilen ixracından qazancını 53 % artırıb

Yanvarda Azərbaycan polipropilen ixracından qazancını 53 % artırıb Ölkədən 10,1 mln ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edilib
Energetika
1 Mart , 2021 13:49
Yanvarda Azərbaycan polipropilen ixracından qazancını 53 % artırıb

Bu ilin yanvar ayında Azərbaycan 10,1 mln ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir.

Məlumata görə, bu, 2020-ci ilin yanvar ayı ilə müqayisədə 3,5 mln ABŞ dolları və yaxud 53,03 % çoxdur.

Xatırladaq ki, 2020-ci ilin yanvar ayı ərzində Azərbaycan xarici ölkələrə 6,6 mln ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib.

Qeyd edək ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Orphus sistemi