Yaponiya hökuməti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar sanksiyalar çərçivəsində Rusiyadan neft tədarükünün qadağan edilməsi üzrə ABŞ və Avropa ölkələri ilə danışıqlar aparır.
Bu barədə “Report” “Kyodo”ya istinadən xəbər verir.
Hazırda Yaponiyanın neft idxalının, təxminən, 4%-ni Rusiyadan alınan neft təşkil edir.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken rəsmi Vaşinqtonun avropalı tərəfdaşları ilə Rusiyadan neft tədarükünün qadağan olunması imkanını müzakirə etdiyini bildirmişdi.