Yaponiya hökuməti neft qiymətlərini sabitləşdirmək üçün özünün strateji ehtiyatlarından xam neft satışına başlamaq barədə qərar qəbul edib.
“Report” TASS-a istinadən xəbər verir ki, hazırda satışa çıxarılacaq neftin konkret həcmi dəqiqləşdirilir.
Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi sentyabr ayının sonunda ölkənin anbarlarında 467 milyon barel neftin olduğunu açıqlayıb. Bu ehtiyatlar 235 gün ərzində ölkənin ehtiyaclarını təmin etmək üçün kifayətdir. Belə ki, Yaponiyanın neftə olan gündəlik tələbatı 1,95 milyon barel təşkil edir.
Xatırladaq ki, daha əvvəl ABŞ OPEC-ə təsir etmək və dünya bazarlarında neft qiymətlərini aşağı salmaq üçün Asiya ölkələrinə müraciət edərək strateji ehtiyatlarından neft satışı həyata keçirməyə çağırış etmişdi.