Yaponiya hökuməti Küveyt rəhbərliyi ilə böhran vəziyyətində Cənub-Şərqi Asiya ölkələrinə təcili neft tədarükü üçün "gündoğan ölkə"nin cənubundakı Küsü adasında baza yaratmaq barədə razılıq əldə edib.
“Report” “The Japan News” qəzetinə istinadən xəbər verir ki, bunun üçün ümumi tutumu, təxminən, 500 min kilolitr olan anbarlar ayrılacaq.
Baza Küsü adasının cənubundakı Kaqosima prefekturasında yerləşəcək. Adi vaxtlarda Küveytin dövlət neft şirkəti ondan hazırkı ixrac tədarükü üçün istifadə edəcək. Amma fövqəladə hallarda orada olan həcmlər məqsədyönlü şəkildə strateji neft ehtiyatları hələ kafi olmayan Cənub-Şərqi Asiya dövlətlərinin sərəncamına veriləcək.
Kaqosima prefekturasındakı bazanın bu ölkələrin ehtiyaclarını on gündən çox müddətdə təmin edə biləcəyi ehtimal olunur.