Yasamal və Xətai rayonlarında binaların istilik probleminin səbəbləri açıqlanıb

Yasamal və Xətai rayonlarında binaların istilik probleminin səbəbləri açıqlanıb İstiliyin olmamasına görə “Azəristiliktəchizat”ın qaynar xəttinə edilən  şikayətlərin çox Yasamal və Xətai rayonlarındandır.
Energetika
15 Aprel , 2022 16:32
Yasamal və Xətai rayonlarında binaların istilik probleminin səbəbləri açıqlanıb

İstiliyin olmamasına görə “Azəristiliktəchizat” ASC-nin qaynar xəttinə edilən şikayətlərin çoxu Yasamal və Xətai rayonlarındandır.

"Report" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, Yasamal rayonunda problem mövcud istilik mənbəyinin köhnəlməsi ilə bağlıdır:

“Ən vacib məsələ isə şəhərin küçə və prospektlərindən keçən magistral istilik xətlərinin təmirinə ehtiyacın olmasıdır. Şərifzadə, Zərdablı prospektləri və Qələbə dairəsi ətrafında bizim magistral istilik xətlərimiz var. Onu tam şəkildə açıb bir gündə dəyişmək üçün texniki imkanlarımız yoxdur. Məcburi olaraq hissə-hissə bu işi görmək istəyirik. İstilik mövsümündə bu ərazidə müəyyən qəzalar baş verir və bu da istiliyin dayanmasına səbəb olur”.

İ.Mirzəliyev Xətai rayonunda problemin fərqli səbəbdən olduğunu qeyd edib:

"Xətai rayonunda ən böyük problem Bakı İstilik Elektrik Mərkəzindən alınan istiliklə bağlıdır. Buradan alınan istiliklə 200-dən çox yaşayış binası, yəni təqribən 20 min mənzilin istilik təchizatı təmin olunur. Xətai rayonundan 10 kilometrə yaxın, diametri 700 millimetr olan magistral xətt keçir. Bu xətlərin keçdiyi ərazidə qeyri-qanuni fərdi evlər tikilib. Xəttə texniki xidmət göstərmək praktiki cəhətdən mümkün deyil. Adi bir qəza, bir axıntı olanda xətt tam dayandırılır. Bu zaman həmin 20 min mənzilin istilik təchizatı dayanır. Xəttin ümumi uzunluğu 80 km-ə yaxındır. Bunun 10 km-i magistral xətdir, 70 km-i isə digər xətlərdir. Qəza olanda sistem tam dayandırılır, 1-2 gün onun suyu boşaldılır, qəza aradan qaldırılır, 1-2 günə də sistem yenidən doldurularaq texniki rejimə qaytarılır”.

Son xəbərlər

Orphus sistemi