“Yaşıl” enerjinin maliyyə fəsadları açıqlandı

“Yaşıl” enerjinin maliyyə fəsadları açıqlandı Bu barədə Böyük Britaniyanın “Carbon Tracker” araşdırma mərkəzinin hesabatında bildirilir
Energetika
12 Fevral , 2021 17:28
“Yaşıl” enerjinin maliyyə fəsadları açıqlandı

Hazırda dünyada enerji istehsalının ekoloji mənbələrə keçməsi neft istehsalçısı ölkələrə 2040-cı ilədək 13 trilyon ABŞ dollarına başa gələcək.

“Report” NGV-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Carbon Tracker” araşdırma mərkəzinin hesabatında bildirilir.

İqlim dəyişikliyinə qarşı görülən ardıcıl tədbirlər çərçivəsində karbon tullantılarının get-gedə ixtisarı nəticəsində neft və qaza olan tələbat azalacaq, qiymətlər də müvafiq olaraq aşağı düşəcək. Həm də bu ucuzlaşmanın hazırkı proqnozları üstələyəcəyi bildirilir.

Büdcə gəlirləri bilavasitə karbohidrogenlərə bağlı olan 40 ölkə sözügedən müddət ərzində 9 trilyon ABŞ dolları ziyana uğrayacaq. O cümlədən 7 ölkə dövlət gəlirlərinin 40 faizi və ya daha artıq hissəsindən, daha 15 ölkə 20-40 faizindən məhrum ola bilər. Ən çox şaxələndirilən iqtisadiyyata malik Norveç və Malayziya üçün bu rəqəmin 5-10 faiz səviyyəsində olacağı güman edilir.

Bununla yanaşı, böyük neft-qaz istehsalçılarından olan ABŞ, Böyük Britaniya, Niderland, Çin, Hindistan və Braziliya da əhəmiyyətli maliyyə itkilərinə məruz qalacaq.

Qeyd edək ki, Avropa İttifaqı 2030-cu ilədək neft-qaz idxalını 25 faizdən artıq azaltmağı, eyni zamanda bərpa olunan enerji mənbələrinin istehlakdakı payını 40 faizədək artırmağı nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi