Bakıda 2021-ci ildə keçirilmiş beynəlxalq yarışların sayı açıqlanıb

Bakıda 2021-ci ildə keçirilmiş beynəlxalq yarışların sayı açıqlanıb İl ərzində müxtəlif növlər üzrə yığma komandalar 92 təlim-məşq toplanışına cəlb olunublar. Millilər ümumilikdə 182 beynəlxalq yarışa qatılıblar
Fərdi
5 Yanvar , 2022 12:41
Bakıda 2021-ci ildə keçirilmiş beynəlxalq yarışların sayı açıqlanıb

Azərbaycanda 2021-ci ildə keçirilmiş beynəlxalq idman yarışlarının sayı açıqlanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bakı şəhəri ümumilikdə 15 yarışa ev sahibliyi edib.

Onların arasında ən diqqət çəkənləri cüdo üzrə Böyük Dəbilqə, aerobika və batut gimnastikası üzrə dünya çempionatları, 28-ci Dünya Yaş Qrupları Yarışları, şahmat üzrə Vüqar Həşimov Memorialı, Formula-1 üzrə Azərbaycan Qran-prisi, paracüdo üzrə Qran-pridir.

İl ərzində müxtəlif növlər üzrə yığma komandalar 92 təlim-məşq toplanışına cəlb olunublar. Millilər ümumilikdə 182 beynəlxalq yarışa qatılıblar.

Bundan əlavə, pandemiya qaydalarına riayət etməklə, Bakıda və ölkənin müxtəlif şəhər və rayonlarında 57 respublika miqyaslı idman yarışı təşkil edilib.

Qeyd edək ki, Azərbaycan idmançıları il ərzində qitə və dünya çempionatları, kubok yarışları, Qran-pri və digər nüfuzlu beynəlxalq turnirlərdə ümumilikdə 519 medal qazanıblar. Onlardan 227-si (62 qızıl, 62 gümüş, 103 bürünc) olimpiya, 292-si qeyri-olimpiya (117 qızıl, 85 gümüş, 90 bürünc) növlərinin payına düşür.

Son xəbərlər

Orphus sistemi