2030-cu ildə Qış Olimpiya Oyunları Fransa Alplarında keçiriləcək

2030-cu ildə Qış Olimpiya Oyunları Fransa Alplarında keçiriləcək 2030-ci ildə Qış Olimpiya Oyunları Fransanın Alp dağlarında keçiriləcək.
Fərdi
24 İyul , 2024 13:18
2030-cu ildə Qış Olimpiya Oyunları Fransa Alplarında keçiriləcək

2030-cu ildə Qış Olimpiya Oyunları Fransa Alplarında keçiriləcək.

"Report"un xarici KİV-ə istinadən məlumatına görə, bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax təşkilatın Parisdə keçirilən 142-ci sessiyasında açıqlama verib.

Bunun üçün Fransa hökuməti olimpiadanın keçirilməsinə təminat verməlidir. Həmçinin üç region - Evian, Ron-Alp və Provans-Alp arasında Fransa hökuməti ilə razılaşmanın təsdiqlənməsi təmin olunmalıdır. Fransa nümayəndə heyəti bu tələblərin hökumətin lazımi vəziyyətdə olduğu zaman həyata keçiriləcəyini təsdiqləyib.

Zəmanətlərin verilməsi üçün bu il dekabrın 31-i son tarix kimi təyin olunub.

Son xəbərlər

Orphus sistemi