ABFF-nin vitse-prezidenti: "Final mərhələsində də Azərbaycan bayrağını qaldıracağımıza inanıram"

ABFF-nin vitse-prezidenti: "Final mərhələsində də Azərbaycan bayrağını qaldıracağımıza inanıram" İnanıram ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq final mərhələsində də Azərbaycan bayrağını qaldıracağıq.
Fərdi
28 Noyabr , 2024 13:45
ABFF-nin vitse-prezidenti: Final mərhələsində də Azərbaycan bayrağını qaldıracağımıza inanıram

İnanıram ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq final mərhələsində də Azərbaycan bayrağını qaldıracağıq.

Bunu "Report"a açıqlamasında Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının (ABFF) vitse-prezidenti Azər Məhərrəmov peşəkar qol güləşi liqasının final mərhələsi ilə bağlı danışarkən deyib.

ABFF rəsmisi Özbəkistanın Andijan şəhərində keçirilən seçim turunda 3 qızıl medal qazandıqlarını xatırladıb:

"Yarışa üç idmançı ilə yollanmışdıq. Mən 115 kq-da mübarizə aparırdım. Ağaseyid Aslanov (105 kq) və Toğrul Şahlarlı (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Özbəkistandakı turnirdə birinci olanlar Dubaydakı finalda iştirak hüququ əldə ediblər. Dünyanın ən güclüləri burada bəlli olacaq".

O, bu idman növünün inkişafı üçün çalışdıqlarını bildirib:

"Səkkiz aydır ki, qol güləşi mənə həvalə edilib. Federasiyanın prezidenti Rauf Bunyatəliyevə təşəkkür edirəm. Fərid Qayıbov gənclər və idman naziri təyin ediləndən sonra bizə çox dəstək oldu. Qol güləşi ölkəmizdə, demək olar ki, yoxa çıxmışdı. Səkkiz ayda bu idman növünün "ayağa qalxması" üçün işlər görmüşük. Avropa çempionatında komandalar arasında birinci yerə çıxmışıq. Dünya çempionatına az idmançı ilə yollansaq da, dördüncü yeri tutduq. Növbəti yarışlarda da hədəflərimiz böyükdür".

Qeyd edək ki, Azər Məhərrəmov Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğludur.

Son xəbərlər

Orphus sistemi