ABŞ idmançısı partlayış nəticəsində həlak olub

ABŞ idmançısı partlayış nəticəsində həlak olub Qarışıq döyüş növləri (MMA) üzrə ABŞ idmançısı Cessi Henri bədbəxt hadisənin qurbanı olub.
Fərdi
26 Dekabr , 2021 15:57
ABŞ idmançısı partlayış nəticəsində həlak olub

Qarışıq döyüş növləri (MMA) üzrə ABŞ idmançısı Cessi Henri bədbəxt hadisənin qurbanı olub.

"Report" UNİAN-a istinadən xəbər verir ki, 28 yaşlı döyüşçü yanğınsöndürən maşının təkərinin partlaması nəticəsində dünyasını dəyişib.

Hadisə zamanı ağır kəllə-beyin travması alan Henri xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Qeyd edək ki, bu ilin noyabrında peşəkar döyüşdə debüt edən Cessi Henri 2 qələbə və 2 məğlubiyyətlə yadda qalıb. O, həm də yanğınsöndürən işləyirdi.

Son xəbərlər

Orphus sistemi