ABŞ tennisçisi Eşli Krattser 4 il müddətinə diskvalifikasiya edilib.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, buna 21 yaşlı idmançının dopinq qəbul etməsi səbəb olub.
Tennisçidə gücə və çəki itkisinə müsbət təsir göstərən GHRP-6 maddəsi aşkarlanıb.
Onun cəzası bu ilin martından hesablanacaq. Krattserin qərarla bağlı İdman Arbitraj Məhkəməsinə şikayət etmək hüququ var.