Beynəlxalq Dopinq Test Agentliyi (ITA) ağırlıqqaldırma üzrə Tayland yığmasının baş məşqçisi Nin Lyunu cəzalandırıb.
"Report" ITA-nın rəsmi saytına istinadən xəbər verir ki, çinli mütəxəssis idmançılara steroid payladığı üçün ömürlük diskvalifikasiya edilib.
Lyunun yetirmələrindən 2018-ci il dünya çempionatı və Yeniyetmələrin Olimpiya Oyunları zamanı götürülmüş 10 analizin nəticəsi müsbət çıxıb. Ağırlıqqaldıranların sözlərinə görə, qadağan olunmuş maddələr baş məşqçinin onlara verdiyi anestezik gel vasitəsilə bədənlərinə daxil olub. Daha sonra Ümumdünya Antidopinq Agentliyi (WADA) sözügedən geli akkreditə olunmuş laboratoriyalardan birinə göndərib və orada tərkibində dopinq olması təsdiqlənib.
Nin Lyun bütün yarışlardan kənarlaşdırılıb və onun idmanla bağlı fəaliyyətinə qadağa qoyulub.