Aleksandr Tarakanov: "Gənc güləşçilərimiz düzgün yoldadırlar"

Aleksandr Tarakanov: "Gənc güləşçilərimiz düzgün yoldadırlar" "Medalçılarımız var, amma daha keyfiyyətli nəticəyə ümid edirdik. Minimum 2 finalçımız olmalı idi".
Fərdi
5 Noyabr , 2021 09:00
Aleksandr Tarakanov: Gənc güləşçilərimiz düzgün yoldadırlar

"Medalçılarımız var, amma daha keyfiyyətli nəticəyə ümid edirdik. Minimum 2 finalçımız olmalı idi".

"Report"un məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov Serbiyanın paytaxtı Belqraddakı U-23 dünya çempionatında komandasının göstərdiyi nəticələr barədə Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, medal qazananların nəticələri pis deyil. Amma onun fikrincə, üzərində işləniləsi səhvlər də var: "Üç ildən sonra Paris Yay Olimpiya Oyunları keçiriləcək. Gənclər böyüməkdədirlər, müəyyən nəticələr verirlər və düzgün yoldadırlar. Artıq ümid etmək olar ki, olimpiada üçün heyətimiz yaxşı olacaq və onlar medallar uğrunda vuruşacaqlar. Paris-2024-də tam heyətlə təmsil olunacağımıza ümidvaram. Çünki görülən işlər düzgün istiqamətdədir, çempionlar və medalçılarımız var. Düzdür, uşaqların çoxunun yaşı 20-dəkdir və dünya çempionatının digər iştirakçılarından gəncdirlər. Lakin onlar müəyyən nəticələr və fayda verirlər. Bu səbəbdən, daha ciddi və daha dəqiq işləyəcəyik. Çünki aparılan iş bütün səhvləri göstərir. Həmin səhvlər üzərində daha dəqiq işləyəcəyik ki, növbəti yarışda belə hal təkrarlanmasın. Ümidvaram ki, heyətimiz daha güclü, texniki və fiziki cəhətdən daha hazırlıqlı olacaq".

Baş məşqçi bundan ötrü öz tərəflərindən lazımi hər şeyi etdiklərini söyləyib. O, Azərbaycan Güləş Federasiyasının da hərtərəfli kömək etdiyini və bütün şəraiti yaratdığını əlavə edib: "Belə bir tandemdə daha yüksək nəticələrə nail olacağımızı və 3 il sonra keçiriləcək olimpiadada böyük uğur əldə edəcəyimizi düşünürük".

Son xəbərlər

Orphus sistemi