Məhəmməd Abdullayev: "Rəqibdən öncə hakimləri udmaq lazımdır"

Məhəmməd Abdullayev: "Rəqibdən öncə hakimləri udmaq lazımdır" "Yarışla bağlı təəssüratlarım əladır. Bir az yorğunluq var, çünki döyüşlərimin sayı çox oldu. Amma buna baxmayaraq, inamlı çıxış sayəsində lazımı uğuru qazandım".
Fərdi
8 Noyabr , 2021 17:26
Məhəmməd Abdullayev: Rəqibdən öncə hakimləri udmaq lazımdır
Məhəmməd Abdullayev

"Yarışla bağlı təəssüratlarım əladır. Bir az yorğunluq var, çünki döyüşlərimin sayı çox oldu. Amma buna baxmayaraq, inamlı çıxış sayəsində lazımi uğuru qazandım".

"Report"un məlumatına görə, bunu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında qızıl medal qazanmış Azərbaycan boksçusu Alfonso Dominges federasiyanın rəsmi saytına açıqlamasında deyib.

86 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxmış idmançı bildirib ki, bu qələbənin "Zəfər Günü" ərəfəsində olması çox sevindiricidir: "Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa diləyirəm. Bu uğuru da şəhidlərimizə həsr edirəm".

O, yarımfinalda kubalı Ruis Kordoba ilə döyüşdən sonra rəqibinin əlini qaldırmasından da danışıb. Domingesin sözlərinə görə, həmyerlisi ilə münasibəti çox yaxşıdır: “Biz rinqdən kənarda dostuq. Amma döyüşdə mən Azərbaycanı, o Kubanı təmsil edir. Bu səbəbdən də görüşdə mübarizə aparmalıyıq".

Dominges növbəti hədəflərini də açıqlayıb: "Tokio olimpiadasında qızıl medal qazana bilmədim, bürünc mükafat əldə etdim. Bundan sonra artıq dünya çempionatının hazırlığına başladım. Öz üzərimdə işləyərək, çempion oldum. İnanıram ki, uğurun ardını gətirəcəyəm".

Dünya çempionatında 3-cü yeri tutmuş Məhəmməd Abdullayev (+92 kq) isə böyüklər arasında fəxri kürsüyə yüksəlməyin ona əlavə stimul verəcəyini bildirib: "Yarışa yaxşı hazırlaşmışdım. Gedişat püşkdən də asılı idi. Hər şey yaxşı gətirdi, döyüşlər normal gedirdi. Dünya çempionatı mənim üçün xeyirli oldu. Düzdür, çəkimdə sparrinq üçün rəqibim yoxdur. Bu mənim daha yaxşı olmağım üçün mənfi cəhətdir. Yarışlarda iştirakla döyüş keçirirəm".

O, "Yarımfinalda qələbə üçün nə çatmadı"? sualına belə cavab verib: "Fikrimcə, rəqibdən öncə hakimləri udmaq lazımdır. Amma bu bürünc medal mənə əlavə stimul oldu. Qarşıda Olimpiada da var. Medal reytinq baxımından da mənə faydalıdır".

Son xəbərlər

Orphus sistemi