Alfonso Dominqes: Hər zaman çalışıram ki, Azərbaycanın bayrağını yüksəkliklərə qaldırım

Alfonso Dominqes: Hər zaman çalışıram ki, Azərbaycanın bayrağını yüksəkliklərə qaldırım “Azərbaycan adına vuruşanda emosional hisslər keçirirəm. Hər zaman çalışıram ki, Azərbaycanın bayrağını yüksəkliklərə qaldırım”.
Fərdi
13 Avqust , 2024 06:31
Alfonso Dominqes: Hər zaman çalışıram ki, Azərbaycanın bayrağını yüksəkliklərə qaldırım

“Azərbaycan adına vuruşanda emosional hisslər keçirirəm. Hər zaman çalışıram ki, Azərbaycanın bayrağını yüksəkliklərə qaldırım”.

“Report” xəbər verir ki, bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqes deyib.

“Azərbaycan mənə “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak etməyim üçün şərait yaradıb. Odur ki, hər zaman bayrağımızı yüksəklərdə dalğalandıracam. Azərbaycan xalqının mənə göstərdiyi etimadın əvəzini medalla çıxıram”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi