Almaniyalı tennisçi Paris-2024-dən sonra karyerasını bitirəcək

Almaniyalı tennisçi Paris-2024-dən sonra karyerasını bitirəcək Almaniyalı tennisçi Anjelika Kerber Paris-2024-dən sonra karyerasını bitirəcək.
Fərdi
25 İyul , 2024 14:59
Almaniyalı tennisçi Paris-2024-dən sonra karyerasını bitirəcək

Almaniyalı tennisçi Anjelika Kerber Paris Yay Olimpiya Oyunlarından sonra karyerasını bitirəcək.

"Report"un məlumatına görə, bu barədə 36 yaşlı idmançı sosial şəbəkə hesabları vasitəsilə açıqlama verib.

O, Paris-2024-ün onun üçün sonuncu peşəkar turnir olacağını yazıb. A.Kerber olimpiadada həm fərdi, həm də həmyerlisi Laura Siqmund ilə qoşa yarışlarda çıxış edəcək.

Qeyd edək ki, almaniyalı idmançı "Uimbldon" (2018), Avstraliya və ABŞ Açıq (2016) turnirlərinin qalibi olub.

Son xəbərlər

Orphus sistemi