“Cəzaların yüngülləşdirilməsi ilə bağlı bizə müraciətlər olur. İdmançı qərarla razı deyilsə, apelyasiya verə bilər”.
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
AMADA rəsmisi bildirib ki, son vaxtlar müraciətlər daha da çoxalıb: “Bəzi hallarda sanksiya azaldılıb. Hansısa idmançı qaydanı pozubsa, agentliyə əhəmiyyətli yardım göstərirsə, onu və ya digər idmançını buna vadar edənlərlə bağlı bizi məlumatlandırırsa, Ümumdünya Antidopinq Agentliyi ilə birlikdə qərar qəbul edirik ki, sanksiya azaldılsın. Həmin şəxsin adı gizli saxlanılır".
Hüseynli deyib ki, 2021-ci ildən yeni qaydaya əsasən idmançı bildirişdən sonra 20 gün ərzində 4 illik sanksiyanı qəbul edərsə, cəza 3 ilə endirilə bilər.