Amerikalı sabiq tennisçi əməliyyat olunub

Amerikalı sabiq tennisçi əməliyyat olunub Amerikalı tennisçi Serena Uilyams boyun kistasının çıxarılması ilə bağlı əməliyyat keçirib.
Fərdi
16 Oktyabr , 2024 13:15
Amerikalı sabiq tennisçi əməliyyat olunub
Serena Uilyams

Amerikalı sabiq tennisçi Serena Uilyams əməliyyat olunub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

S.Uilyams mayda boynunda şiş aşkarlandığını söyləyib:

"Dərhal həkimə getdim, MRT etdirdim və boynumda kista olduğu müəyyənləşdi. Mənə dedilər ki, istəməsəm, onu çıxarmaya bilərəm. İstəmədim, amma şiş böyüməyə davam etdi. O, qreypfrut boyda idi və fəsadları ola bilərdi. Beləliklə, şişi çıxartdırdım. Əməliyyatın yaxşı keçdiyi və sağlam olduğum üçün xoşbəxtəm".

43 yaşlı sabiq idmançı dördqat olimpiya çempionu, həmçinin 38 dəfə "Böyük Dəbilqə" turnirlərinin qalibi olub.

Qeyd edək ki, S.Uilyams peşəkar karyerasını 2022-ci ildə bitirib.

Son xəbərlər

Orphus sistemi