Amerikalı tennisçi "Billie Jean King Cup"dan sonra karyerasını başa vuracaq

Amerikalı tennisçi "Billie Jean King Cup"dan sonra karyerasını başa vuracaq Amerikalı tennisçi Danielle Kollins bu il keçiriləcək "Billie Jean King Cup"dan sonra karyerasını başa vuracaq.
Fərdi
17 Sentyabr , 2024 16:39
Amerikalı tennisçi Billie Jean King Cupdan sonra karyerasını başa vuracaq
Danielle Kollins

Amerikalı tennisçi Danielle Kollins bu il keçiriləcək "Billie Jean King Cup"dan sonra karyerasını başa vuracaq.

"Report" "SportSkeeda"ya istinadən xəbər verir ki, turnir 30 yaşlı idmançı üçün sonuncu olacaq.

Yarışın final mərhələsi noyabrın 13-dən 20-dək baş tutacaq.

Qeyd edək ki, D.Kollins karyerası ərzində dörd dəfə WTA turnirində qalib gəlib. Onun Böyük Dəbilqə turnirlərindəki ən yaxşı nailiyyəti 2022-ci ildə Avstraliya Açıq çempionatının finalına yüksəlməsi olub. Kollins reytinqdə ən yaxşı halda 7-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi