Antidopinq qaydalarını pozan federasiyalarımız sanksiya ilə hədələndi

Antidopinq qaydalarını pozan federasiyalarımız sanksiya ilə hədələndi 2021-ci ildən yeni antidopinq qaydalar qüvvəyə minəcək.
Fərdi
22 Dekabr , 2020 12:48
Antidopinq qaydalarını pozan federasiyalarımız sanksiya ilə hədələndi
Şəfəq Hüseynli

Antidopinq qayda pozuntularına yeni öhdəliklər və anlayışlar əlavə edilib.

"Report" xəbər verir ki, bu fikirləri (AMADA) direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

AMADA rəsmisi bildirib ki, bunlar milli səviyyəli idmançı, prioritet hesab edilən idman növləri və milli əhəmiyyətli yarışlardır.

12 ay ərzində milli səviyyədə 6, beynəlxalq səviyyədə 3-dən çox qayda pozuntusu törədilirsə, həmin federasiya 1 ilədək diskvalifikasiya edilə bilər.

Ş.Hüseynlinin sözlərinə görə, 2021-ci ildən yeni qaydalar qüvvəyə minəcək: "Federasiyalar üzərinə düşən öhdəliyi yerinə yetirməsələr, sanksiyalar olacaq. Federasiya idmançıların siyahısını, yarış və məkan məlumatlarını AMADA-ya təqdim etməlidir".

Son xəbərlər

Orphus sistemi