Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("Asan Xidmət) ilə Azərbaycan Triatlon Federasiyası arasında əməkdaşlıq Memorandumu imzalanıb.
"Report"un məlumatına görə, müqaviləni agentliyin aparat rəhbəri Fuad Qarayev və federasiya prezidenti Elçin Əliyev imzalayıb.
E.Əliyev Memorandumda regionlarda ilboyu keçirmək istədikləri tədbirlərdə "Asan Xidmət" könüllülərinin dəstəyindən yararlanmağın nəzərdə tutulduğunu söyləyib.
O, triatlonçuların könüllülər üçün treninqlər keçirəcəyini diqqətə çatdırıb.