Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb - YENİLƏNİB - 3

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb - YENİLƏNİB - 3 Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda təşkil olunan Avropa çempionatında növbəti görüşlərini keçiriblər.
Fərdi
28 İyun , 2024 18:50
Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb - YENİLƏNİB - 3

Azərbaycanın yeniyetmə cüdoçusu Cəsur İbadlı (73 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında növbəti görüşünə çıxıb.

"Report"un Sofiyaya ezam olunan əməkdaşının məlumatına görə, milli üzvü üçüncü yer uğrunda qarşılaşmada fransalı Noah Boe ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən İbadlı bürünc medal qazanıb.

Daha əvvəl Vüsalə Hacıyeva, Aysun Məmmədova (hər ikisi 52 kq), Aytən Verdiyeva (57 kq) və Səlim Soltanov (66 kq) yeniliblər.

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışda 19 idmançı ilə təmsil olunur. Ötən gün 9 cüdoçudan ikisi medal qazanıb. Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) bürünc mükafat əldə edib.

16:47

Azərbaycanın yeniyetmə cüdoçusu Cəsur İbadlı (73 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında növbəti görüşünə çıxıb.

"Report"un Sofiyaya ezam olunan əməkdaşının məlumatına görə, milli üzvü yarımfinal mərhələsində serbiyalı Boqdan Veliçkoviçlə üz-üzə gəlib.

Rəqibinə uduzan İbadlı bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.

Daha əvvəl Vüsalə Hacıyeva, Aysun Məmmədova (hər ikisi 52 kq), Aytən Verdiyeva (57 kq) və Səlim Soltanov (66 kq) məğlubiyyətə üzülüblər.

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışda 19 idmançı ilə təmsil olunur. Ötən gün 9 cüdoçudan ikisi medal qazanıb. Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) bürünc mükafat əldə edib.

15:29

Azərbaycanın yeniyetmə cüdoçusu Cəsur İbadlı (73 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında növbəti görüşünə çıxıb.

"Report"un Sofiyaya ezam olunan əməkdaşının məlumatına görə, milli üzvü 1/4 finalda Yeqor Talaka (AİN) ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn İbadlı yarımfinala yüksəlib.

Daha əvvəl Vüsalə Hacıyeva, Aysun Məmmədova (hər ikisi 52 kq), Aytən Verdiyeva (57 kq) və Səlim Soltanov (66 kq) məğlubiyyətə üzülüblər.

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışda 19 idmançı ilə təmsil olunur. Ötən gün 9 cüdoçudan ikisi medal qazanıb. Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) bürünc mükafat əldə edib.

14:46

Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda təşkil olunan Avropa çempionatında növbəti görüşlərini keçiriblər.

"Report"un Sofiyaya ezam olunan əməkdaşı xəbər verir ki, Cəsur İbadlı (73 kq) ikinci qarşılaşmasında da qalib gəlib.

O, Ermənistan təmsilçisi Tiqran Sabukhanyandan üstün olub.

Səlim Soltanov (66 kq) və Aytən Verdiyeva (57 kq) isə uduzublar.

Daha əvvəl Vüsalə Hacıyeva və Aysun Məmmədova (hər ikisi 52 kq) məğlubiyyətə üzülüblər.

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışda 19 idmançı ilə təmsil olunur. Ötən gün 9 cüdoçudan ikisi medal qazanıb. Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) bürünc mükafat əldə edib.

Son xəbərlər

Orphus sistemi