Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib – YENİLƏNİB

Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib – YENİLƏNİB Həsənli finala gedən yolda Mukuta Politayevlə (Ukrayna) üz-üzə gələcək
Fərdi
13 Mart , 2023 21:43
Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib – YENİLƏNİB

Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

“Report”un məlumatına görə, 77 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifatda Şahan Acarı (Türkiyə), 1/4 final mərhələsində Aistis Liaugminası məğlub edib.

Həsənli finala gedən yolda Mukuta Politayevlə (Ukrayna) üz-üzə gəlib.

Rəqibini 5:1 hesabı ilə məğlub edən Həsənli həlledici qarşılaşmada moldovalı Aleksandrin Qutu ilə qarşılaşacaq.

Bu gün mübarizəyə qoşulan Rahim Həsənov (55 kq), Ziya Babaşov (63 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) ilk görüşlərində uduzublar.

Sərxan Məmmədovun ilk görüşdə məğlub olduğu ukraynalı Mixaylo Vişnivetski finala yüksəldiyi üçün sabah təsəlliverici qarşılaşmada iştirak edəcək. Onun rəqibi rumıniyalı Gean Ali olacaq.

Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq.

15:32

Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 77 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifatda Şahan Acarı (Türkiyə), 1/4 final mərhələsində Aistis Liaugminası məğlub edib.

Həsənli finala gedən yolda Mukuta Politayevlə (Ukrayna) üz-üzə gələcək.

Bu gün mübarizəyə qoşulan Rahim Həsənov (55 kq), Ziya Babaşov (63 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) ilk görüşlərində uduzublar. Onlar yalnız rəqibləri finala yüksələcəyi təqdirdə təsəlliverici qarşılaşmada iştirak edəcəklər.

Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi