Avropa çempionatı: Azərbaycan güləşçisi yarımfinalda erməni ilə görüşəcək

Avropa çempionatı: Azərbaycan güləşçisi yarımfinalda erməni ilə görüşəcək İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı start götürüb.
Fərdi
27 İyun , 2022 17:04
Avropa çempionatı: Azərbaycan güləşçisi yarımfinalda erməni ilə görüşəcək

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı start götürüb.

"Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə başlayıb.

Onlardan yalnız ikisi - 55 kq-da Nihad Quluzadə və 87 kq-da Laçın Vəliyev yarımfinala yüksəliblər. İdmançılar finala gedən yolda müvafiq olaraq, almaniyalı Georgios Skarpello və ermənistanlı Vigen Nazaryanla qarşılaşacaqlar.

63 kq-da Ziya Babaşovun təsnifatda uduzduğu ukraynalı Oleq Xalilov və Heybulla Qıstarovun 1/4 finalda məğlub olduğu macarıstanlı Adolf Başo finala adlayacağı halda, Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərə qatılmaq hüququ qazanacaqlar.

77 kq-dakı Xasay Həsənli isə mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, yarımfinal görüşlər Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi