Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempionatında VII turun görüşləri keçirilib.
"Report"un məlumatına görə, Azərbaycanın kişi və qadınlardan ibarət komandaları fərqli nəticələr göstəriblər.
Kişilərdən ibarət komanda Niderlanda qalib gəlib - 2,5:1,5. Şəhiyar Məmmədyarov, Teymur Rəcəbov və Qədir Hüseynov görüşlərini heç-heçə ilə bitirdikləri halda, Nicat Abbasov rəqibini yeniblər.
Turun digər oyununda Rusiya Ukraynaya 1,5:2,5 hesabı ilə uduzaraq, liderliyi əldən verib. Əvəzində xallarını 11-ə çatdıran Azərbaycan və Ukrayna şərikli liderlərə çevriliblər.
Qadın millisi isə Rusiyaya uduzub - 1:3. Komanda üzvlərindən Günay Məmmədzadə və Xanım Balacayeva heç-heçə edib, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva məğlubiyyətlə üzləşiblər.
Bu nəticədən sonra xanım şahmatçılardan ibarət komanda geriləyib və hazırda Polşa, Niderland və Macarıstanla birgə 5 - 8-ci yerləri bölüşür.
Avropa çempionatı, VII tur
19 noyabr
Kişilər
Niderland - Azərbaycan - 1,5:2,5
Aniş Giri - Şəhriyar Məmmədyarov 0,5:0,5
Yorden van Forest - Teymur Rəcəbov 0,5:0,5
Maks Varmerdam - Qədir Hüseynov - 0,5:0,5
Erik van den Dul - Nicat Abbasov - 0:1
Rəcəbov və Abbasov ağ, Məmmədyarovla Hüseynov qara fiqurlarla oynayıb.
Qadınlar
Azərbaycan - Rusiya - 1:3
Günay Məmmədzadə - Aleksandra Qoryaçkina - 0,5:0,5
Xanım Balacayeva - Katerina Laqno - 0,5:0,5
Ülviyyə Fətəliyeva - Valentina Qunina - 0:1
Gövhər Beydullayeva - Polina Şuvalova - 0:1
Məmmədzadə və Fətəliyeva ağ, Balacayeva ilə Beydullayeva qara fiqurlarla mübarizə aparıb.