Avropa çempionatı: Azərbaycanın 3 sərbəst güləşçisi yarımfinala yüksəlib

Avropa çempionatı: Azərbaycanın 3 sərbəst güləşçisi yarımfinala yüksəlib Avropa çempionatı aprelin 3-də başa çatacaq
Fərdi
29 Mart , 2022 16:07
Avropa çempionatı: Azərbaycanın 3 sərbəst güləşçisi yarımfinala yüksəlib

Azərbaycanın üç sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, Turan Bayramov (74 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 lq) finalın bir addımlığınadək irəliləyiblər.

Bayramov 1/8 finalda Ali Umarpaşayevə (Bolqarıstan), 1/4 finalda Aymar Andruseyə (Estoniya) qalib gəlib.

Abakarov əvvəlcə Denis Balauru (Moldova), ardınca isə İvar Samusonoku (Latviya) yenərək adını yarımfinala yazdırıb.

Nurmaqomedov mübarizəyə 1/4 finaldan start verib. O, Radoslav Marçinkeviçi (Polşa) məğlubiyyətə uğradıb.

Əvəzində İslam Bazarqanov (61 kq) təsnifat mərhələsində Viktor Lizeni (Almaniya) məğlub etsə də, Georgi Valentinov Vangelova (Bolqarıstan) uduzub.

Aydın Əhmədov (125 kq) isə təsnifat mərhələsində Paris Karepi (Albaniya) məğlub etdikdən sonra Robert Barana (Polşa) yenilib..

Bayramov finala gedən yolda Taymuraz Salkazanov (Slovakiya), Abakarov Sebastian Yezerjanski (Polşa), Nurməhəmmədov Damian İqlesias Vilela (İspaniya) - Ahmed Sultanoviç Batayev (Bolqarıstan) cütünün qalibi ilə görüşəcək.

Bu gün, həmçinin Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasına çıxacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi