Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq Azərbaycanın daha 5 cüdoçusu bu gün Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında mübarizəyə başlayacaq.
Fərdi
17 Sentyabr , 2022 11:17
Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 5 cüdoçusu mübarizə aparacaq.

"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 90 kq çəki dərəcəsində 1/16 final mərhələsində Vüqar Talıbov Maksim Duynov (Latviya), eyni çəkidəki İsmayıl Zamanov Aleks Maruşka (Slovakiya) ilə üz-üzə gələcək.

100 kq-dakı Ruslan Nəsirli 1/8 finalda Hubert İllmer (Avstriya), 100 kq-dan yuxarı çəkidəki Kənan Nəsibov eyni raundda Alin Baqrin (Moldova) ilə görüşəcək.

Qadınların yarışında 78 kq-dakı Nərmin Əmirli 1/8 finalda Yuli Alma Mişinerin (İsrail) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi