Millimiz Avropa çempionatını 2 medalla başa vurdu - YENİLƏNİB

Millimiz Avropa çempionatını 2 medalla başa vurdu - YENİLƏNİB Azərbaycan cüdoçusu Zelim Kotsoyev Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatında bürünc medal qazandı
Fərdi
18 Aprel , 2021 20:10
Millimiz Avropa çempionatını 2 medalla başa vurdu - YENİLƏNİB
Zelim Kotsoyev

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən 23 yaşlı idmançının rəqibi rusiyalı Niyaz İlyasov olub.

Görüşün başa çatmasına 1 dəqiqə 10 saniyə qalmış Kotsoyev rəqibini ipponla məğlub edib.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatını 2 bürünc medalla başa vurub. Daha əvvəl Kəramət Hüseynov (60 kq) da fəxri kürsüyə qalxıb.

17:15

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatında bürünc medal görüşünə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən 23 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, avstriyalı Aaron Fara və macarıstanlı Jombor Veqi yendikdən sonra 1/4 finalda gürcüstanlı İlia Sulamanidzeyə uduzub.

Bununla belə, Kotsoyev təsəlliverici görüşdə fransalı Siril Mareni üstələməyi bacarıb. 3-cü yer uğrunda qarşılaşmada onun rəqibi rusiyalı Niyaz İlyasov olacaq.

Bu gün tatami üzərinə çıxan azərbaycanlı digər cüdoçulardan Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıblar.

Qeyd edək ki, hələlik Azərbaycan cüdoçularından yalnız Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi