Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxıb.
"Report"un məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ukrayna təmsilçisi Dmitri Pışkovla üz-üzə gəlib.
Rəqibini məğlub edən Süleymanov qitə çempionatının bürünc medalına sahib çıxıb. Daha əvvəl Eldəniz Əzizli (55 kq) bürünc, Taleh Məmmədov (63 kq) isə gümüş medal əldə edib.
Bu gün yarışa qoşulan idmançılardan Namaz Rüstəmov (67 kq) və Zamir Məhəmmədov (97 kq) rəqibləri finala vəsiqə qazandığı üçün bürünc medal uğrunda mübarizə aparacaqlar. Rüstəmov təsəlliverici görüşdə İtaliya təmsilçisi Zaur Kabaloevlə üz-üzə gələcək. Məhəmmədov isə bürünc medal uğrunda qarşılaşmada Mikalay Stadubla (Belarus) güləşəcək.
Bu çəki dərəcələrində medal və təsəlliverici qarşılaşmaları aprelin 25-də olacaq.
Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançı Rusiya təmsilçisi Cambolat Lokyayevlə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Məmmədov gümüş medal əldə edib.
Qeyd edək ki, daha əvvəl Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb. Son Avropa çempionu Sənan Süleymanov (77 kq) bürünc medal uğrunda Dmitri Pışkovla güləşəcək.
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Fabian Şmittlə (Almaniya) üz-üzə gəlib.
Rəqibini vaxtından əvvəl məğlub edən Əzizli qitə çempionatının bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, Taleh Məmmədov (63 kq) bu gün finalda Cambolat Lokyayevin (Rusiya) müqavimətini qırmağa çalışacaq. Son Avropa çempionu Sənan Süleymanov (77 kq) bürünc medal uğrunda Dmitri Pışkovla güləşəcək.