Avropa çempionatı: İki gimnastımız çıxışını başa vurdu

Avropa çempionatı: İki gimnastımız çıxışını başa vurdu Azərbaycanın bədii gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova Bolqarıstanın Varna şəhərində keçirilən Avropa çempionatıında çıxışlarını başa vurub.
Fərdi
12 İyun , 2021 16:59
Avropa çempionatı: İki gimnastımız çıxışını başa vurdu

Azərbaycanın bədii gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova Bolqarıstanın Varna şəhərində keçirilən Avropa çempionatıında çıxışlarını başa vurub.

"Report"un məlumatına görə, final mərhələsində halqa, top, gürz və lentlə hərəkətlərin cəmində ümumilikdə 93.250 xal toplayan Ağamirova 16-cı olub. Hakimlərin 4 hərəkətə görə 92.500 xal verdiyi Cəlilova isə yarışı 17-ci pillədə bitirib.

Axşam seansında isə çoxnövçülük üzrə komanda yarışları baş tutacaq. Azərbaycanın qrup hərəkətləri komandasının tərkibində Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova və Yelizaveta Luzan yer alıblar.

Son xəbərlər

Orphus sistemi