2021-cü ildə Finlandiyanın Vuokatti şəhərində keçirilməsi planlaşdırılan XV Avropa Gənclər Qış Olimpiya Festivalı növbəti dəfə təxirə salınıb.
"Report" Avropa Olimpiya Komitələrinin rəsmi saytına istinadən xəbər verir ki, yarış 2022-ci ildə təşkil olunacaq.
Qərar iştirakçıların təhlükəsizliyini və dünyanın ən yaxşı idmançılarının yarışa qatılmalarını təmin etməkdən ötrü çıxarılıb. Yarış ötən il də eyni səbəbdən baş tutmamışdı.
Qeyd edək ki, daha əvvəl XVI Avropa Gənclər Yay Olimpiya Festivalı təxirə salınıb. Festival bu il Slovakiyanın Banska-Bistritsaya şəhərində keçirilməli idi.