Tokio-2020: Azərbaycandan 22-ci, taekvondoda 2-ci lisenziya - YENİLƏNİB

Tokio-2020: Azərbaycandan 22-ci, taekvondoda 2-ci lisenziya - YENİLƏNİB İlk yarış günündə Azərbaycanın iki təmsilçisi dayanq üzərinə çıxıb
Fərdi
7 May , 2021 20:03
Tokio-2020: Azərbaycandan 22-ci, taekvondoda 2-ci lisenziya - YENİLƏNİB

Azərbaycan taekvondoçusu Fəridə Əzizova Bolqarıstanın paytaxtı Sofiyada Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 67 kq-da mübarizə aparan idmançı finala gedən yolda ukraynalı Tatyana Teterevyatnikova ilə qarşılaşıb.

Rəqibinə 7:2 hesabı ilə qalib gələn Əzizova finala çıxmaqla yanaşı. olimpiadaya lisenziyanı da təmin edib. Onun finaldakı rəqibi fransalı Maqda Vit-Enen olacaq.

Qeyd edək ki, bu, Azərbaycanın Tokio olimpiadasına ümumilikdə 22-ci lisenziyası olub.

17:13

Bolqarıstanın paytaxtı Sofiyada Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli taekvondo üzrə Avropa Təsnifat Turnirinə start verilib.

"Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycanın iki təmsilçisi dayanq üzərinə çıxıb.

Həm 49 kq çəki dərəcəsində yer alan Patimat Abakarovanın, həm də 67 kq çəkidəki Fəridə Əzizovanın ilk rəqibləri rumıniyalılar olub. Abakarova 1/8 finalda Liana Mustyataya uduzub, Əzizova isə Andrea Mokanu məğlubiyyətə uğradıb.

Təcrübəli taekvondoçu 1/4 finalda Petra Stolbovaya (Çexiya) qalib gələrək yarımfinala yüksəlib. Növbəti rəqib isə ukraynalı Tatyana Teterevyatnikova olacaq. Finala yüksələcəyi təqdirdə, Əzizova olimpiadaya lisenziya qazanacaq.

Kişi taekvondoçu Radik İsayev (+80 kq) isə lisenziya uğrunda mübarizəyə mayın 8-də qatılacaq.

Qeyd edək ki, daha əvvəl Milad Beigi Hərçəqani (80 kq) olimpiadaya vəsiqəni təmin edib.

Son xəbərlər

Orphus sistemi