Milli Gimnastika Arenasında Avropa çempionatının gümüş və dünya çempionatının bürünc medalçısı Fani Piqnitski tərəfindən bədii gimnastika üzrə "ustad dərsi" keçiriləcək.
Bu barədə “Report”a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, "ustad dərsi" dekabrın 15-də, “Qış nağılı” beynəlxalq turniri zamanı baş tutacaq.