Tennis üzrə Avstraliya Açıq çempionatında (US Open) finalçılardan birinin adına aydınlıq gəlib.
"Report"un məlumatına görə, dünyanın bir nömrəli raketka ustası Novak Cokoviç həlledici görüşə vəsiqə qazanıb.
Serbiyalı idmançı yarımfinalda rusiyalı Aslan Karatsevə 3:0 (6:3, 6:4, 6:2) hesabı ilə qalib gəlib.
Cokoviç finalda Daniil Medvedev (Rusiya) - Stefanos Tsitsipas (Yunanıstan) cütünün güclüsü ilə qarşılaşacaq. İkinci yarımfinal görüşü fevralın 19-da, final isə fevralın 21-də olacaq.