Azərbaycan akrobatları Daniel Abbasov və Murad Rəfiyevdən ibarət duet Bakıdakı dünya çempionatının bürünc medal qazanıblar.
"Report"un məlumatına görə, cütlük qarışıq hərəkətlərdə (temp və balans) 28.270 xala layiq görülüb.
ABŞ komandası qızıl, Qazaxıstan isə gümüş medala sahib çıxıb.
Qeyd edək ki, Abbasov və Rəfiyevdən ibarət cütlük martın 12-də temp, martın 13-də balansla hərəkətlərdə finalda mübarizə aparacaqlar.