Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.
"Report"un məlumatına görə, L qrupunda yer alan 23 yaşlı idmançı vyetnamlı Tyen Min Nquenlə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.
İlk hissədə 21:14 hesabı ilə qalib gələn Dviçayo ikinci hissədə də rəqibinə şans verməyib - 21:18.
Qeyd edək ki, Edi Reski Dviçayanın qrupdakı sonuncu görüşü iyulun 29-da danimarkalı Anders Antonsenə qarşı olacaq. Qrupu lider kimi tamamlayan badmintonçu növbəti mərhələyə adlayacaq.