Azərbaycan boksçuları Gimnaziadada mübarizə aparacaqlar

Azərbaycan boksçuları Gimnaziadada mübarizə aparacaqlar Azərbaycan boksçuları oktyabrın 24-də Bəhreynin paytaxtı Manamada start götürəcək Gimnaziada İdman Oyunlarında mübarizə aparacaqlar.
Fərdi
21 Oktyabr , 2024 14:46
Azərbaycan boksçuları Gimnaziadada mübarizə aparacaqlar

Azərbaycan boksçuları oktyabrın 24-də Bəhreynin paytaxtı Manamada start götürəcək Gimnaziada İdman Oyunlarında mübarizə aparacaqlar.

Federasiyadan "Report"a verilən məlumata görə, multi-idman yarışı 7 gün davam edəcək.

Məktəblilər arasında təşkil olunacaq Gimnaziadada ölkəmizi yeniyetmələrdən ibarət komandanın üzvləri - Əli Əliyev (46 kq), Şahin Mustafatev (48 kq), Nihat Qasımov (50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq), Tamerlan Əlimzanov (57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Valeh Eyvazlı (66 kq), Rza Rzayev (70 kq), Adil Zalov (75 kq), Səfdər Məmmədzadə (+80 kq), Gülər Hüseynova (46 kq), Banuçicək Nəsirli (48 kq), Aylin Nəzərova (50 kq), Aysun Mikayılova (52 kq), Tağı Əminə (54 kq), Mələk Hümbətova (57 kq) və Dəniz Babayeva (63 kq) təmsil edəcəklər.

Bəhreyndə hakimlərimizdən Asif Məmmədovla Fərhad Rəhmanov ədaləti qoruyacaqlar.

Qeyd edək ki, Gimnaziadada boks yarışı oktyabrın 25-dən 30-dək keçiriləcək. Komanda Bəhreynə oktyabrın 23-də yola düşəcək.

Son xəbərlər

Orphus sistemi