Bolqarıstanın paytaxtı Sofiyada bu gün start götürəcək boks üzrə gənclər arasında Avropa birinciliyinin püşkü atılıb.
"Report"un məlumatına görə, 7 gün davam edəcək yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.
Komandanın heyətində birinciliyin ilk günündə rinqə 3 boksçu – Kamil Babayev, Səid Abdullayev və Daniel Xolostenko çıxacaq.
Avropa birinciliyi
14 aprel
1/16 final
Kamil Babayev (54 kq) – Davit Çaparidze (Gürcüstan)
Səid Abdullayev (67 kq) – Samuel Quqliotta (İtaliya)
Daniel Xolostenko (71 kq) – Andrey Osiyevsçi (Moldova)
15 aprel
1/16 final
Zaur Qəhrəmanov (63,5 kq) – Antoni Makdonnel (İrlandiya)
Aslan Quliyev (60 kq) – Aleksandr Yarovyı (Ukrayna)
1/8 final
Kənan Babayev (48 kq) – Telet Yağlı (Türkiyə)
Ənvər Babayev (75 kq) – Morris Harstedt (İsveç)
Səbuhi Əlizadə (+92 kq) – Kaan Tükenmez (Türkiyə)
16 aprel
1/16 final
Arif Bayramov (57 kq) – Artur Donoque (İrlandiya)
1/8 final
Sərxan Budaqov (80 kq) – Vladislav Dudar (Ukrayna)
Məmməd Quliyev (92 kq) – Elvin Mayue-Belezika (İsveç)
Amin Məmmədzadə (51 kq) – Patrik Makkenna (İrlandiya)
18 aprel
1/4 final
Fətəli İsmayılov (86 kq) – Oğuzxan Türk (Türkiyə)
Qeyd edək ki, Avropa birinciliyində 39 ölkədən 400-dən çox boksçu qüvvəsini sınayacaq. Azərbaycan millisi oğlanların yarışında tam heyətlə mübarizə aparacaq. Yarışın qaliblərinin adlarına aprelin 21-də aydınlıq gələcək.